Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” yeni “Watch” videoservisini təqdim edib


“Facebook” şirkəti tərəfindən təqdim edilmiş “Watch” xidməti “YouTube”-un analoqu olacaq. “Facebook” sözügedən servisi ciddi inkişaf etdirmək və televiziya ilə rəqabət aparmaq niyyətindədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti macdigger.ru saytına istinadən yazır ki, “Facebook Watch” servisi istifadəçilərə şirkətin öz pulu hesabına yaradılacaq eksklüziv məzmun təqdim edir. Həm müəyyən verilişlərə, həm də bütün hazırlanan çarxlara abunə əlçatan olacaq. Bundan başqa gənc müəlliflər yeni auditoriya cəlb edə və öz məhsulunu inkişaf etdirə, cəmiyyətlər yarada və çarxlardan pul qazana biləcəklər.
 
Bü gündən etibarən yeni xidmət ABŞ-da məhdud sayda istifadəçilər üçün  əlçatandır və gələcəkdə Avropa ölkələri üçün əlçatan olacaq.
 
İnternetdə yüksək rəqabətli olan video bazarı “Facebook” üçün yeni gəlir mənbəyi olacaq. Eksklüziv partnyorlar reklamdan əldə edilən gəlirin 55%-ni alacaqlar.
 
Artıq indi şirkət “Vox Media”, “BuzzFeed”, “ATTN”, “Group Nine Media” və başqaları ilə əməkdaşlıq edir. Yeni xidmət üçün artıq “National Geographic”in verilişləri, qadın milli basketbol assosiasiyasının çarxları, amerika beysbol liqasının oyunları və valideynlər üçün şou hazırdır.
 
“Facebook” şirkəti yeni xidmətini istifadəyə verməklə yalnız “YouTube” ilə deyil, həm də “Netflix”, “Disney” və başqa genişmiqyaslı platformalarla rəqabət aparmalı olacaq.
 
Emil Hüseynov





10/08/17    Çap et