Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 3 milyardı ötüb


Hər gün sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 1 milyon artır.
 
“The Next Web” nəşrində dərc edilmiş “We Are Social” və “Hootsuite” platformalarının son hesabatına əsasən, sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 3 milyardı ötüb.
 
“ICTnews” Elektron Xəbər Xidməti macdigger.ru saytına istinadən yazır ki, hazırda dünyada ən böyük sosial şəbəkə “Facebook”-dur. Bu sosial şəbəkənin auditoriyası 2 milyard aktiv istifadəçidən ibarətdir. Onların 87%-i mobil qurğulardan istifadə edir, 59%-i isə hər gün “Facebook”-a daxil olur.
 
Aktiv istifadəçilərinin sayı 1,5 milyard təşkil edən “YouTube” video platforması bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. Aktiv istifadəçilərinin sayına görə növbəti yerləri “WhatsApp”, “Facebook Messenger” və “WeChat” messencerləri tutublar.
 
“Telegram” messencerinin auditoriyası 100 milyon aktiv istifadəçidən ibarətdir və bu göstərici üzrə “VKontakte” sosial şəbəkəsini geridə qoyur. Bu yaxınlarda Pavel Durov məlumat verib ki, hər gün sözügedən messencerdə 600 min insan qeydiyyatdan keçir.
 
Emil Hüsyenov





12/08/17    Çap et