Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” sosial şəbəkəsində şərhlərin göstərilməsi yenilənib


“Instagram” sosial şəbəkəsinin “iOS” və “Android” mobil əməliyyat sistemləri üçün proqramı yenilənib. Əsas yenilik şərhlərin göstərilməsi ilə bağlıdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti macdigger.ru saytına istinadən yazır ki, yenilənmiş şərhlər daha əlverişlidir: indi kimsə şərhə cavab yazdıqda həmin cavab tam siyahıya deyil, həmin mesaja bərkidilir.
 
Bütün yeni cavablar qruplaşdırılacaq və onlara ayrı formada baxmaq mümkün olacaq. Həmçinin onlar bütün istifadəçilərə əlçatan olacaq.
 
Emil Hüseynov





16/08/17    Çap et