Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni mobil əlavə çəpgözlüyün müalicəsinə kömək edəcək


Rusiya alimləri çəpgözlüyün müalicəsinə kömək edəcək mobil proqram yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “7MedNews” resursuna istinadən yazır ki, əsasını məşhur proqramın təşkil etdiyi yeni əlavə “İ-Lab” adlanır.

Məlumata görə, qurğuda xüsusi lazer dəzgahının yonduğu gələcək linzalar üçün dəliklər quraşdırılıb. Karkasın ucuz materialdan - fanerdən ibarət olması hazırlanmanı asanlaşdırmağa və onu qənaətli etməyə imkan verir. Karkas ərsəyə gətirildikdən sona mütəxəssislər gələcək eynəyi yaratmağa nail olublar.

Bildirilir ki, müalicə prinsipi çox sadədir. Belə ki, xəstə bir neçə virtual oyun mərhələsindən keçdikdən sonra proqram xüsusi effektlər sayəsində uşaqda çəpgözlüyü müalicə edə bilir.

Alimlərin fikrincə, dünyada uşaqların təxminən iki faizinin çəpgözlükdən əziyyət çəkməsi ilə əlaqədar olaraq texnologiyaya tələbatın böyük olacağı gözlənilir. Bununla yanaşı, ekspertlər qeyd edir ki, eynək çəpgözlüyün yalnız yüngül formalarını aradan qaldırmağa kömək edəcək.  

Nizam Nuriyev 





28/08/17    Çap et