Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Göygöldə vətəndaşları qəbul edəcək


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 31.08.2017-ci il tarixdə saat 1200da Göygöl şəhərində Göygöl, Goranboy, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşların aşağıda göstərilən nömrələrə zəng etmələri xahiş olunur.

Göygöl rayonunda                02220 55013
Gəncə şəhərində                   02225 71617
Naftalan şəhərində                02235 22106
Goranboy rayonunda            02224 52106
Samux rayonunda                 02227 51199
Daşkəsən rayonunda            02221 53020
Kəlbəcər rayonu üzrə           02226 75099





28/08/17    Çap et