Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Alcatel” smartfonları təqdim olunub


"TCL Communication" şirkəti Berlində keçirilən "IFA 2017" sərgisində "Alcatel Idol 5" və "Alcatel A7" smartfon modellərini təqdim edib.  

"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, istehsalçı tərəfindən gənc istifadəçilər üçün nəzərdə tutulan smartfon kimi qələmə verilən "Alcatel Idol 5" modeli "Full HD" təsvir ölçülü 5,2 düym diaqonallı "IPS" ekranla təchiz edilib və 1,3 QHs takt tezlikli səkkiznüvəli "MediaTek MT6753" prosessoru əsasında işləyir.  

Məlumata görə, 3 giqabaytlıq operativ, 16 giqabaytlıq quraşdırılmış yaddaşa malik smartfon, həmçinin 13 meqapikselli əsas və 5 meqapikselli ön kamera ilə təchiz olunub. Bundan başqa, qurğu barmaq izi skaneri və 2800 milliamper/saat tutumlu akkumulyatorla təmin edilib.
 
İstehsalçı qiyməti 239 avro təşkil edən yeni smartfonda eyni anda eyni sosial şəbəkələrdə bir neçə hesabdan istifadəyə imkan verən "App Cloner" funksiyasının quraşdırılmasını xüsusilə qeyd edir.

Digər model - "Alcatel A7" "Full HD" təsvir ölçülü 5,5 düym diaqonallı "IPS" ekranla təchiz edilib və səkkiznüvəli "MediaTek MT6750T" prosessoru ilə işləyir.

Smartfon 3 giqabaytlıq operativ və "microSD" yaddaş kartları ilə genişləndirmə imkanına malik 32 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib.

"Idol 5" modelindən fərqli olaraq qurğu 16 meqapikselli əsas və 8 meqapikselli ön kameraya, eləcə də 4 min milliamper/saat tutumlu akkumulyatora malikdir.  

"Alcatel A7" smartfonunun qiyməti 229 avroya bərabərdir.  

Nizam Nuriyev
 






05/09/17    Çap et