Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn il “Chrome” brauzerində avtomatik işə düşən pleyeri tamamilə bloklamaq mümkün olacaq


“Google” şirkəti 2018-ci ildə yanvarın sonuna kimi “Chrome” brauzerində musiqi və videonun avtomatik işə düşməsini bloklayan funksiyasını əlavə edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, cari ilin oktyabrında “Google” şirkəti tərəfindən çıxarılacaq “Chrome 63” brauzerində avto pleyerə malik saytlarda səsin söndürülməsi üçün seçim əlavə ediləcək. Çarxlar avtomatik göstərilsə də, amma insanı qıcıqlandıran səs söndürülmüş olacaq.

Gələn ilin yanvarında “Chrome” brauzerində avtomatik pleyeri tamamilə bloklamaq imkanı əlçatan olacaq. Bu halda internet nəhənginin “ağıllı” alqoritmi istifadəçilərin davranışını təhlil edərək onların icazəsi ilə videoları avtomatik göstərəcək.

Emil Hüseynov





18/09/17    Çap et