Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“OUKITEL K10000 MAX” smartfonu üçün ilkin sifarişlərin qəbuluna başlanılıb


Güclü avtonomluğu və yüksək fiziki dözümlüyü ilə seçilən "OUKITEL K10000 MAX" smartfon modeli üçün ilkin sifarişlərin qəbuluna başlanılıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, smartfon "Full HD" təsvir ölçülü 5,5 düym diaqonallı ekran, "IP68" standartına uyğun sukeçirməz korpus və 10 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Bundan əlavə, yeni qurğu 3 giqabaytlıq operativ yaddaş, səkkiznüvəli prosessor və 13 meqapikselli arxa kameraya malikdir.

Bildirilir ki, smartfonu 256,99 dollara deyil, 199,99 dollara əldə etmək üçün ilkin sifarişin "Gearbest" onlayn mağazasında rəsmiləşdirilməsi tələb olunur.    

"OUKITEL K10000 MAX" smartfonunun qiyməti 60 dollar təşkil edir.

Nizam Nuriyev 





20/09/17    Çap et