Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən qəribə smartfonlarının siyahısı dərc olunub


Ekspertlər dünyanın ən qəribə smartfon modellərinin reytinqini tərtib ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, reytinq müasir qurğuların funksionallığı təhlil edilməklə tərtib olunub.

Məlumata görə, siyahıya istifadəçinin ətrafında olan əşyaların temperaturunu ölçə bilən “Caterpillar S56” smartfon modeli daxil edilib.

Reytinqdə yer alan digər “HP Elite X3” smartfonu kompüter funksiyalarını (qurğuya klaviatura qoşulur, onun özünü isə fərdi kompüterin monitoruna qoşmaq mümkündür) yerinə yetirməsi ilə təəccüb doğurur.  

Dairəvi formaya malik və ağacdan düzəldilən “Runcible” smartfonu isə qeyri-adi xarici görünüşü ilə görənləri heyran edir.

Nizam Nuriyev 





25/09/17    Çap et