Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Discovery” və “Google” virtual səyahətlər layihəsi üzərində işə başlayır


Məşhur “Discovery” televiziya kanalı “Google” internet şirkəti ilə səylərini birləşdirərək 38 virtual səyahət toplusundan ibarət unikal layihə üzərində işə başlayacaq.  

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, layihəyə görə, Yer kürəsinin bu və ya digər guşəsini görmək istəyən insanlar tezliklə evlərini tərk etmədən öz arzularını həyata keçirə biləcəklər.

Məlumata görə, virtual reallıq layihəsi okean sahilini və ya meşə cəngəlliklərində vəhşi heyvanları görməklə yanaşı, dünyanın ətrafı üzrə səyahəti elektron informasiya daşıyıcısına yazaraq kompüter qarşısında yenidən səyahətləri seyr etməyə imkan verəcək.

Nizam Nuriyev 





09/10/17    Çap et