Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabita-Baku” klublararası dünya çempionatının yarımfinalında


Qətərin paytaxtı Dohada voleybolçu qadınlar arasında klublararası dünya çempionatı davam edir. Azərbaycan çempionu Bakının “Rabitə” komandası qrup mərhələsi çərçivəsində ikinci görüşünü Braziliyanın “Osasco” klubuna qarşı keçirib.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 3:2 (25:12, 23:25, 25:18, 23:25, 15:6) hesabı ilə “Rabitə”nin xeyrinə başa çatmış və komandamız 6 xalla qrup birincisi kimi dünya çempionatının yarımfinalına yüksəlib.




13/10/11    Çap et