Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube” proqramında videonu avtomatik işə salan funksiya tətbiq ediləcək


“Google” şirkəti “YouTube” proqramında tez-tez yeni funksiyaları sınaqdan keçirir. Bu dəfə internet nəhəngi çarxların avtomatik işə salınmasını yoxlayıb. Bu haqda “Androidcentral” nəşri yazır.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, indi "Əsas" vərəqindəki video avtomatik olaraq səssiz şəkildə, amma subtitrlərlə birgə işə salınacaq. Videoçarx lap əvvəldən başlayacaq və istifadəçi onu izləyənədək davam edəcək.

İstifadəçinin icazəsi olmadan avtomatik işə salınan videolar adətən narahatçılıq yaradır, amma “YouTube”da bu funksiya yaxşı realizə olunub. Səsin əvəzinə subtitrlərdən istifadə edilməsi faktı sözügedən funksiyanı daha az zəhlətökən edir. Bundan başqa, istəkdən asılı olaraq, bu funksiyanı istənilən an deaktiv etmək olar.

Emil Hüseynov





13/10/17    Çap et