Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistanda qiyməti 50 dollar olan planşet istifadəyə veriblər


Çox ucuz tədris planşetinin istehsalı üzrə hind layihəsindəki çətinliklərə baxmayaraq, qurğu istifadəyə verilib. “PluGGd” –un bildirdiyi kimi, iyun ayının sonunda 10 min nüsxə həcmində Sakshat-ın birinci partiyası hind universitetlərindən birinə veriləcək. Sonrakı bir neçə ay ərzində daha 90 min Sakshat digər təhsil müəssisələrinə təqdim olunacaq.
Əvvəllər qurğunun dəyərinin 35 dollardan artıq olmayacağı güman edilirdi. Nəticədə isə qurğunun dəyərinin 50 dollar olduğu məlum olub. Tələbələr yeniliyi 2 dəfə ucuz ala biləcəklər, belə ki Sakshat-ın dəyərinin yarısını dövlət ödəməyə hazırdır.
Planşet 7 düyməli sensor ekranla, Wi-Fi modulu, video əlaqə üçün ön kamera və 2 USB portu ilə təchiz olunub. Sakshat-ın texniki xarakteristikasında göstərilib ki, o, 2 QB əməli yaddaşa və 32 QB tutumunda daşıyıcıya malikdir. Ehtimal ki, bu, səhv məlumatdır, əslində 2 QB birləşdirilmiş yaddaş və 32 QB tutumla kartların dəstəyi ilə microSD slotundan söhbət gedir. Qurğu əməliyyat sistemi kimi Android əməliyyat sistemini istifadə edir.




16/06/11    Çap et