Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən ekoloji İT şirkətləri məlum olub


Cənubi Koreyanın "Samsung Electronics" və "LG Electronics" şirkətləri yenilənən enerjidən istifadə və ətraf mühit üçün zərərli sayılan kimyəvi preparatların tətbiqinə görə dünyanın daha az ekoloji İT şirkətlərinin siyahısına daxil edilib. Bu haqda "Greenpeace" beynəlxalq ekoloji təşkilatının yeni hesabatında deyilir.
Mütəxəssislər şirkətlərin istehsal fəaliyyətinin ekologiyaya təsirini qiymətləndiriblər. "Samsung" və "LG" şirkətləri ümumi zərərsizlik üçün "D-" və "D+" qiymətlərinə layiq görülüblər.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, dünyada ən böyük elektron komponent istehsalçısı olan "Samsung" şirkəti kimyəvi preparatlardan böyük həcmdə istifadə səbəbindən "D -" qiymətinə layiq görülüb. Lakin mütəxəssislər enerjiyə qənaət, yenilənən enerji mənbələri, təkrar materiallardan istifadə və qaz tullantılarının azalması planında irəliləyiş qeydə alıblar və bu meyarlar üzrə "Samsung" şirkəti "D" qiymətinə layiq görülüb.

"LG" şirkəti ekoloji təmiz resurslardan istifadəyə görə "C", enerji effektivliyinə görə "D" və kimyəvi preparatların tətbiqinə görə "+D" qiymətinə layiq görülüb.

"Greenpeace" təşkilatı Hollandiyanın "Fairphone" və ABŞ-ın "Apple" şirkətini ən ekoloji şirkətlər adlandırıb və onları "B" və "B-" qiymətləri ilə təltif edib. Növbəti yerlərdə "HP Inc .", "Dell", "Lenovo" və "Microsoft" şirkətləri qərarlaşıblar.

Emil Hüseynov





17/10/17    Çap et