Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” “iPhone” üçün fotoproqram təminatı istifadəyə verəcək


“Facebook” sosial şəbəkəsi fotoqrafiya ilə iş üçün mobil proqram hazırlayır. Proqram iOS əməliyyat sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulub.
Proqramın funksionalı haqqında ətraflı məlumat verilmir. Amma onun köməyi ilə istifadəçilərin şəkilləri (fotoları) sosial şəbəkə üzrə dostlarla bölüşə biləcəyi məlumdur. “TechCrunch” bildirib ki, proqram özündə “iPhone” üçün digər məşhur fotoproqram təminatlarını, xüsusilə Path, Color və İnstagram imkanlarını birləşdirəcək. Bununla belə, proqramın hansı ad altında istifadəyə veriləcəyi də məlum deyil. Sənədlərdə o, Hovertown və ya WithPeople adları altında xatırlanır. Fotoproqramın sərbəst proqram kimi istifadəyə veriləcəyi və ya iOS üçün “Facebook”un tərkibinə daxil ediləcəyi güman edilir. Proqramın çıxış tarixi açıqlanmır.
“Facebook” dünyada ən məşhur sosial şəbəkədir və 600 milyondan çox istifadəçidən ibarətdir. Hər ay sosial şəbəkə iştirakçıları öz səhifələrinə təxminən 6 milyard şəkil yükləyirlər.




16/06/11    Çap et