Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk aparat vasitəsi fərdi kompüterlərin autentifikasiyasını təmin edəcək


“Lenovo” və “Intel” şirkətləri fərdi kompüterlərin autentifikasiyası üçün ilk aparat vasitəsi təqdim ediblər. Həll internet vasitəsilə məhsul və xidmətlərin ödənişi zamanı pul vəsaitlərinin tranzaksiyasının təhlükəsizliyinin artırılması üçün nəzərdə tutulub.

 “ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “Intel Online Connect” və “Intel Software Guard Extensions” (Intel SGX) texnologiyalarından istifadə edən yeni həll “Intel Core” prosessorlu yeddinci və səkkizinci nəsil “Lenovo” kompüterlərində tətbiq edilib. Uyğun gələn qurğular siyahısına “Lenovo Yoga 920”, “ThinkPad X1 Tablet” (ikinci nəsil), “ThinkPad X1 Carbon” (beşinci nəsil) və “IdeaPad 720S” daxildir.

Məlumata görə, həll “PayPal”, “Google”, “Dropbox” və “Facebook” kimi populyar sayt və servislərə daxil olan zaman sadə və etibarlı onlayn autentifikasiyanı təmin edir.

İstifadəçilər təhlükəsiz autentifikasiya üsulundan yararlana bilərlər: saytlara “Universal Authentication Framework” (UAF) protokolu vasitəsilə barmaq izi skaneri və ya “Universal 2nd Factor” (U2F) protokolu vasitəsilə ekran düyməsi ilə daxil olmaq mümkündür.

Quraşdırılmış autentifikasiya metodları sayəsində internet saytlarının tam mühafizəli təhlükəsizlik açarları ilə təmin edilməsi fərdi məlumatların mühafizə səviyyəsini artırmağa və fırıldaqçılığın qarşısını almağa imkan verir.

Nizam Nuriyev 





01/11/17    Çap et