Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy S9” smartfonunun seriyalı istehsalına nə vaxt başlanacaq?


“Samsung Electronics” şirkətinin yeni qabaqcıl “Galaxy S9” smartfon modelinin seriyalı istehsalına başlama müddəti açıqlanıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, sahə üzrə mənbələrə istinad edən “The Investor” nəşrinin məlumatına görə, “Samsung” şirkəti “Galaxy S9” smartfonunun kütləvi istehsalına 2017-ci ilin dekabrında başlayacaq. Bu isə o deməkdir ki, yeni qurğu əvvəlki modellər kimi, növbəti ilin əvvəlində təqdim oluna bilər.
 
Bildirilir ki, əvvəllər mətbuatda şirkətin daktiloskopik skanerin ekrana inteqrasiyası ilə bağlı planları haqqında informasiyalar dərc olunub. Lakin “The Investor” yazır ki, istehsalçı bu texniki həllin həyata keçirilməsinin çətin olması səbəbindən ondan imtina edib. Barmaq izi skaneri Cənubi Koreya şirkətinin hazırkı qabaqcıl modellərində olduğu kimi, smartfonun arxa tərəfində quraşdırılacaq.
 
“Samsung Galaxy S9” və “Galaxy S9+” modellərinin yeni qabaqcıl “Qualcomm Snapdragon 845” prosessoru bazasında ilk smartfonlar olacağı gözlənilir. Yeni çipdən ABŞ bazarı üçün nəzərdə tutulan “Galaxy S9” modellərində istifadə ediləcək, digər regionlar üçün smartfonun əsasını  “Samsung Exynos 9810” platforması təşkil edəcək.  

Nizam Nuriyev 





10/11/17    Çap et