Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazik fotoelement işığın köməyilə istənilən telefonu enerji ilə dolduracaq


Günəş enerjisi sahəsində həllərin hazırlanması üzrə ixtisaslaşmış “Dracula Technologies” şirkətinin fizikləri tərəfindən ixtira edilmiş plastiklər işığın köməyi ilə istənilən telefonu enerji ilə doldurmağa imkan verir. İstənilən forma və rəngdə olan nazik və elastik fotoelementlər adi şırnaqlı printerdə çap edilə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bükülən yarpaqlar (LAYER) 5 qatlı cərəyan keçirən plastikdən hazırlanıb. Bu plastik təbii və süni işıqlandırma mənbələrindən daxil olan enerjini toplayır və elektrik enerjisinə çevirir. “Dracula Technologies” şirkətinin  alimi Sadok Ben Dxi bildirib ki, bir fotoelementin çap edilməsinə təxminən 1 saat vaxt sərf olunur. “LAYER”-i dərhal telefona yapışdırmaq və ya böyük yarpaq şəklində çap edərək daha çox işıq (məsələn, çanta və ya futbolkaya) qəbul edən səthə bərkitmək, bundan sonra qurğuya qoşmaq olar.

Fransız startapının həlli hələ ki otaq şəraitində enerjini effektiv toplamır, çünki süni işıqlandırmanın intensivliyi təbii işıqlandırmadan aşağıdır. Lakin alimin komandası texnologiyanın təkmilləşdirilməsi üzərində işləyir.

Emil Hüseynov





14/11/17    Çap et