Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin dünyada ən böyük maye kristal ekranların kütləvi istehsalına başlayacaq


Çinin “BOE” adlı yarımkeçiricilər istehsalçısı gələn ay öz ölçüsünə görə dünyada analoqu olmayan maye kristal ekranların kütləvi istehsalına başlamağı planlaşdırır. Bu haqda korporasiyanın idarə sədri Van Dunşen məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, 2015-ci ilin sonunda “TFT-LCD” (aktiv matrisli maye kristal ekran) istehsal xəttinin yaradılmasına  başlanılıb.

Məlumata görə, korporasiya əsasən 8K təsvir ölçülü və diaqonalı ən azı 65 düym təşkil edən maye kristal displeylər istehsal edəcək.

Avtomatlaşdırma və tətbiq edilən texnologiyaların səviyyəsinə görə sözügedən istehsal xətti dünyada unikal layihədir.

Emil Hüseynov





16/11/17    Çap et