Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində vətəndaşların smartfonlar üzərindən elektron eyniləşdirilməsi tətbiq edilib


Uhan şəhərində yaşayan çinlilər indi kimliyi təsdiq edən sənədlərin əvəzinə, smartfonda xüsusi proqramdan istifadə edə bilərlər.

“ICTnews” Elektron Xəbər Xidməti “igate.com.ua” saytına istinadən yazır ki, İctimai Təhlükəsizlik Bürosu tərəfindən hazırlanmış proqram özündə 8 sənəd saxlayır: ID kart, milli pasport, Honkonq və Makaoya daxil olmaq üçün icazə, materik Çin sakininin pasportu, Tayvana daxil olmaq üçün icazə, ev təsərrüfatlarının qeydiyyatı, yaşayış icazəsi və sürücülük vəsiqəsi.

Çində ilk dəfə Uhan şəhərində vətəndaşların elektron eyniləşdirilməsi smartfonlar vasitəsilə yoxlanılır.
Uhan şəhərində köçən vətəndaşlar proqram üzərindən öz yaşayış yerlərini yenidən qeydə ala bilərlər.

Emil Hüseynov





18/11/17    Çap et