Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ilin birinci yarısında qlobal İT bazarı və biznes xidmətlərinin həcmi 4% yüksəlib


“IDC” analitik şirkətinin məlumatına görə, 2017-ci ilin birinci yarısında İT xidmətləri və biznes xidmətləri bazarında gəlir 475 milyard dolları ötüb. Bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4% yüksəkdir.

Ekspertlərin proqnozuna görə, 2018-ci ildə İT bazarı və biznes xidmətlərinin həcmi 1 trilyon dolları ötəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ABŞ coğrafi nöqteyi-nəzərdən İT xidmətləri və biznes xidmətləri üzrə ən böyük bazardır. Cari ilin birinci yarısında ABŞ-da sözügedən sahə üzrə gəlir 216,7 milyard dollar təşkil edib. Həmçinin ilk üçlükdə Qərbi Avropa və Asiya-Sakit okean regionu (Yaponiya daxil deyil) yer alıblar.

Dinamik nöqteyi-nəzərdən ən yaxşı nəticə Yaponiya, Mərkəzi və Şərqi Avropa və ABŞ-da qeydə alınıb.
“IDC” şirkətinin analitiki Layz Naqamayn bildirib ki, İT xidmətləri bazarında sabit artım rəqəmli həllərə tələbatın olması ilə izah edilir. Mütəxəssis, həmçinin hesab edir ki, cari ildə bulud xidmətlərindən əldə edilən gəlir 100 milyard dolları ötəcək.

Emil Hüseynov





18/11/17    Çap et