Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçiləri yazıları silmək imkanından məhrum edib


“Facebook” sosial şəbəkəsi istifadəçiləri yazıları silmək imkanından məhrum edib. İndi sözügedən sosial şəbəkənin istifadəçiləri yalnız yazıları redaktə edə bilərlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, məlum olub ki, saytın kompüter versiyasından istifadə edən istifadəçilər bu problemlə qarşılaşıblar. Öz hesabına mobil proqram vasitəsilə daxil olduqda əvvəlki kimi yazıları silmək imkanı əlçatandır.
 
Versiyalardan biri “Facebook” sosial şəbəkəsində texniki nasazlıqla bağlıdır. Digər versiya sosial şəbəkənin məqsədyönlü şəkildə öz mobil proqramını populyarlaşdırmaq istəyi ilə bağlıdır.

Emil Hüseynov





20/11/17    Çap et