Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” və “eBay” elektron ticarətlə birlikdə məşğul olacaqlar


“Facebook” sosial şəbəkəsi və “eBay” internet hərracı əməkdaşlıq haqqında razılaşma imzalayıblar. Razılaşmanın hər iki iştirakçısı birgə əməkdaşlıqdan maksimum xeyir əldə etmək arzularını gizlətmirlər.

“EBay” ilə qarşılıqlı əlaqə nəticəsində sosial şəbəkə öz istifadəçilərinin ehtiyacları üçün onun ticarət platformasından istifadə edə biləcək.

Öz növbəsində, əməkdaşlıq “eBay” şirkətinə yeni “X.commerce” bölməsinin himayəsi altında yaradılmış öz qlobal ticarət sisteminə “Facebook Open Graph” protokolunu inteqrasiya etməyə imkan yaradacaq.

“Facebook”un mobil marketinq üzrə rəhbəri Keti Mitiç həmçinin bildirib ki, tezliklə “Facebook” istifadəçilərinin yalnız məhsulun onun xoşuna gəldiyini elan etmək imkanı deyil, həm də artıq malı əldə etdiyini və ya alışı gələcəkdə etməyi planlaşdırdığını göstərmək imkanı olacaq. Qeyd etmək lazımdır ki, Keti Mitiç bu yaxınlarda “eBay” Direktorlar şurasının üzvü olub.




14/10/11    Çap et