Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Google” əməliyyat sistemi “Apple” proqramlaşdırma dilini dəstəkləyəcək


Ötən həftə “Google” şirkəti 2014-cü ildə “Apple” korporasiyasının təqdim etdiyi və “iOS/macOS/tvOS/watchOS” sisteminə uyğun proqram təminatının yazılması üçün istifadə edilən “Swift” proqramlaşdırma dilinin kod bazasının genişləndirilməsini həyata keçirib. Bunun “Google” əlavələrinin “Apple” qurğularına adaptasiyası üçün lazım olmasının hesab edilməsinə baxmayaraq gözlənilmədən “Android Police” resursunun əməkdaşları “GitHub” kodunu təhlil etdikdən sonra axtarış nəhənginin “Swift” proqramlaşdırma dilinin “Fuchsia OS” əməliyyat sisteminə əlavə olunması ilə məşğul olmasını müəyyənləşdiriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, məlumdur ki, “Fuchsia” sistemi “Google” şirkətinin “Dart” adlı proqramlaşdırma dilində yazılıb. O, əvvəlcədən “iOS” və “Android” sistemlərinə uyğun krossplatforma əlavələri üçün yaradılıb. Bundan başqa, “Fuchsia” əvvəllər “C++” və “Go” proqramlaşdırma dillərini dəstəkləsə də, indi siyahıya “Swift” əlavə olunub.  
 
Bildirilir ki, bunların hansı məqsədlər üçün lazım olması barədə hələ ki məlumat verilmir. Bir sıra mütəxəssislər hesab edir ki, “Google” şirkəti əlavələrin “iOS” və digər əməliyyat sistemlərindən “Fuchsia” sisteminə köçürülməsini maksimum sadələşdirmək niyyətindədir.

Nizam Nuriyev
 






23/11/17    Çap et