Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS” və “Android” üçün “Microsoft Edge” brauzeri təqdim edilib


"Microsoft" şirkəti oktyabrda "iOS" və "Android" mobil əməliyyat sistemləri üçün "Edge" mobil brauzerinin ön baxış versiyasını təqdim etmişdi. İndi "Edge" brauzerinin yekun versiyası "iOS" və "Android" əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün əlçatan olub.

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, mobil brauzer masaüstü brauzerlə sinxronlaşdırılır: istifadəçiyə saytı mobil qurğuda oxumağa və yenidən "Windows 10" sistemi ilə işləyən fərdi kompüterdə davam etməyə imkan verir. Həmçinin parol və oxuma siyahısı sinxronlaşdırılır. Daxili QR kodlar skaneri, səsli axtarış və xüsusi rejim nəzərdə tutulub.

"iOS" və "Android" sistemləri üçün "Microsoft Edge" brauzeri "App Store" və "Google Play" mağazalarında pulsuz yükləmə üçün əlçatandır. Amma hələ ki bütün regionlar dəstəklənmir.

Emil Hüseynov







01/12/17    Çap et