Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin məhkəməsi saxta “iPad” istehsalçısını məhkum edib


Çində məhkəmə saxta “iPad 2” planşetlərinin ticarətini təşkil edən yerli sakini 1 il yarım müddətinə həbsə məhkum edib.
Bildirilib ki, Quandun əyalətindən olan 1 çinli “iPad 2” planşetlərinin istehsal edildiyi Foxconn zavodunun 2 əməkdaşı ilə əlaqəyə girib və 2010-cu ilin sonunda onlardan qurğunun surətini 200 min yuana ( 30 min dollardan çox) əldə edib. Planşetin surəti çıxarılıb və Çində “iPad 2”-nin rəsmi çıxışına qədər satışa daxil olub.
Şençjen şəhərindəki məhkəmə sahibkarı ticarət sirrinin pozulmasında günahkar hesab edib. Həbs müddətindən savayı, o, 150 min yuan dəyərində cərimələnib. Planşetin surətini satmış Foxconn zavodunun 2 əməkdaşı da, həmçinin həbs edilib və 30 min və 100 min yuan dəyərində cərimələniblər.
“Apple” şirkəti “iPad 2” planşetini 2011-ci il martın 2-də təqdim edib. Planşet ABŞ-da martın 11-də, Qərbi Avropa ölkələrində isə martın 25-də satışa daxil olub.




16/06/11    Çap et