Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Proqramçılar “Windows” üçün görünməz virus yaradıblar


“EnSilo” şirkətinin əməkdaşları antivirus proqramlarını keçməyə imkan verən ən yeni metod təqdim ediblər. Yeni metod “Black Hat Europe 2017”-də təqdim edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, antivirus proqramları kompüterin hücuma məruz qalmasını aşkar edə bilmir. Kod diskdə deyil, daima əməli yaddaşda yadda saxlanılır.

Virusun köməyi ilə brauzerin pəncərələrini dəyişdirmək və istifadəçilərin parollarını oğurlamaq olar.

Müəlliflər iddia edir ki, virus “Windows 7 SP1”, “Windows 8” və “Windows 10” əməliyyat sistemlərində işləyə bilər.

Emil Hüseynov





11/12/17    Çap et