Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gartner”: “Data” mərkəzlər üçün avadanlıq xərcləri bu il 99 milyard dollara çatacaq


“Garnter” analitik şirkətinin hesablamalarına əsasən, cari ildə “Data” mərkəzlərinin işinin təşkili üçün kompyuter avadanlığı bazarı 98,9 milyard dollara çatacaq. Qeyd edək ki, 2010-cı ildə bu göstərici 87,8 milyard dollar olub.

Bundan başqa, analitiklər proqnozlaşdırırlar ki, 2012-ci ildə məlumat mərkəzləri üçün avadanlıq xərcləri 106,4 milyard dollara çatacaq və 2015-ci ilə 126,2 milyard dollar olacaq.

"Bizim proqnozlarımıza əsasən, cari ildə məlumat mərkəzləri üçün avadanlıq xərcləri 2008-ci ilin göstəricisinə çatacaq və onu bir az üstələyəcək. Artım əsasən Braziliya, Rusiya, Hindistan və Çində olacaq" – “Gartner” tədqiqatları üzrə direktor Con Hardkastl belə hesab edir.




17/10/11    Çap et