Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom”İB yeni rabitə obyektləri istifadəyə verəcək


“Aztelekom”İB tərəfindən 6 dekabr Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü ilə əlaqədar yeni rabitə obyektlərinin istifadəyə verilməsi gözlənilir.

Belə ki, hər biri Türkiyənin KAREL şirkətinin istehsal etdiyi “DS-200” tipli olmaqla Hacıqabul rayonun Qarasu kəndində 256, Balakən rayonu Yeni Şərif kəndində 128, Qusar rayonu Ukur kəndində 112, Bərdə rayonu Zümürxan kəndində 128, Masallı rayonu Binə Xocavar kəndində 256, Şamaxı rayonu Şərədil kəndində 128, Lənkəran rayonu Qumba kəndində 160 nömrə tutumlu yeni elektron ATS-lər kənd sakinlərinin istifadəsinə veriləcək.

Qeyd edək ki, hər bir kənd EATS-nin giriş-çıxış rabitəsi 30 kanallı olmaqla kənd sakinlərinə telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə etməsinə şərait yaradacaq.




17/10/11    Çap et