Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yuxunun keyfiyyətini yaxşılaşdıran qurğu təqdim edilib


Rahat yatmağın sağlamlıq üçün çox faydalı olmasını sübut edən dəlillər daima artmaqdadır, buna görə bir çox texnologiya şirkətlərinin yuxunu yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş qurğular üzərində işləməsi başadüşüləndir. Belə şirkətlərdən biri olan "Philips" tərəfindən təqdim edilmiş daşınan cihaz istifadəçini sakitləşdirən və ona doyunca yatmağa imkan verən səslər təqdim edir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, "SmartSleep" adlandırılmış qurğu yuxudan öncə başa taxılan yumşaq qövs formasındadır. "Philips" şirkətinin həlli daha təkmildir. "SmartSleep" qurğusuna qurulmuş texnologiya istifadəçinin əzələlərin yumşalması, daha ləng ürək ritmi və nəfəslə səciyyələnən ləng yuxunun mərhələsinə daxil olmasını müəyyənləşdirir.
 
"Philips" şirkətindən bildirilib ki, bu, yuxu üçün "klinik olaraq sübut edilmiş" təsirə malik ilk və yeganə qurğudur. Ancaq araşdırma haqda məlumatlar çox azdır.
 
Emil Hüseynov





16/01/18    Çap et