Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron Hökumət Təlim-Tədris Mərkəzində “Cisco” şəbəkə laboratoriyası qurulub


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi informasiya texnologiyaları sahəsi üzrə təlim-tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə öz fəaliyyətini genişləndirməkdə davam edir. Mərkəzin nəzdində fəaliyyət göstərən "Cisco Şəbəkə Akademiyası"nda tədris laboratoriyası qurularaq istifadəyə verilib.
 
Laboratoriyanın açılışında "Cisco Şəbəkə Akademiya"larının MDB ölkələri üzrə baş əlaqələndiricisi Alyona Domotenko və “Cisco” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Şərif Şıxlinski iştirak ediblər.
 
Laboratoriyanın şəbəkə inzibatçılığı və informasiya təhlükəsizliyi ixtisasları üzrə bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün xüsusi əhəmiyyəti vurğulanıb.
 
Mərkəz tərəfindən artıq “Cisco şəbəkə mütəxəssisi” (CCNA) təlimlərinə start verilib. Təlimə qoşulanlar nəzəri biliklər ilə yanaşı real tədris laboratoriyası üzərində praktiki rəcrübədə keçəcək.
 
Həmçinin "Cisco Şəbəkə Akademiyası" çərçivəsində Mərkəz tərəfindən rəsmi tədris materiallarının ana dilimizə tərcüməsi və ölkənin bütün regionları üçün qısa müddətli seminarların keçirilməsi nəzərdə tutulub.
 
Təlimlərə yazılmaq üçün aşağıdakı vasitələrlə Mərkəz ilə əlaqə saxlamaq mümkündür: www.e-training.az, info@e-training.az, (012) 505-01-13,  (077) 505-01-13.









17/01/18    Çap et