Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “LG” monitorları “HDR” texnologiyasını dəstəkləyəcək


“LG” şirkəti “High Dynamic Range” (HDR) texnologiyasını dəstəkləyən üç yeni monitor modeli təqdim edib. “27UK650-W”, “29WK600-W” və “34WK650-W” adlı qurğular müvafiq olaraq 27, 29 və 34 düym diaqonallı ekranlarla təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, monitorlardan birinin təsvir ölçüsü 3840х2160 piksel, digər ikisinin isə 2560х1080 piksel təşkil edir. Yeni qurğular horizontal və vertikal üzrə 178 dərəcə baxış bucağı, 1000:1 kontrastlıq və 5 milli-saniyə reaksiya vermə vaxtı ilə xarakterizə edilir.

“27UK650-W” monitoru 350 kd/m2, “29WK600-W” və “34WK650-W” isə 300 kd/m2 maksimal işıq parlaqlığına malikdir. Qurğuların hər biri iki “HDMI” çıxışı və bir “DisplayPort” ilə təchiz olunub. Bundan əlavə, qaranlıq yerlərdə keyfiyyətli təsviri təmin edən “Black Stabilizer” texnologiyası dəstəklənir.

Yeni “LG” monitorlarının yanvarın sonunda satışa çıxarılması nəzərdə tutulur.

Nizam Nuriyev 





18/01/18    Çap et