Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram”da istifadəçinin son giriş vaxtı göstəriləcək


“Instagram”da tətbiq edilmiş yeni funksiya istifadəçinin proqrama son daxilolma vaxtını göstərəcək. Bu haqda “Business Insider” nəşri yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, son giriş vaxtı hamıya deyil, yalnız istifadəçinin şəxsi mesajlar bölməsində yazışdığı insanlara göstəriləcək. Məlumata görə, bu funksiyanı "Sazlamalar" bölməsindən asanlıqla deaktiv etmək olar.

Emil Hüseynov





22/01/18    Çap et