Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei Honor View 10” smartfonu satışa çıxarılır


“Huawei” şirkəti ön paneli əhatə edən ekrana malik çərçivəsiz dizaynlı “Honor View 10” smartfon modelini satışa çıxarır.  

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, smartfon 16 meqapikselli rəngli və 20 meqapikselli monoxrom sensordan ibarət qoşa əsas kamera ilə təchiz edilib. Kamera 60 kadr/saniyə sürətində “4K” videoçarxlar və “Full HD” formatlı videolar çəkə bilir. Ön paneldə “selfie” üçün 13 meqapikselli kamera yerləşir.

Məlumata görə, “Huawei Honor View 10” modeli “Full HD+” (2160 х 1080 piksel) təsvir ölçülü 5,99 düym diaqonallı ekran, “Home” düyməsində barmaq izi skaneri ilə təchiz olunub. Yeni qurğunun aparat əsasını “Kirin 970” prosessoru, 6 giqabaytlıq operativ yaddaş və “microSD” formatlı yaddaş kartları ilə 256 giqabayt tutumadək genişləndirmə imkanına malik 128 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 3750 milliamper/saata bərabərdir.

“EMUI 8.0” interfeysli “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon iki SİM kartdan istifadəni, “4G LTE”, “Wi-Fi” (802.11ac), “Bluetooth 4.2 LE, “NFC”, “GPS” modullarını dəstəkləyir. Ölçülər 157 х 74,98 х 6,97 mm, çəki 172 qram təşkil edir.
 
“Huawei Honor View 10” smartfonu qara və tünd-göy rəngli korpuslarda təqdim ediləcək. Satışlarına yanvarın 29-dan etibarən “Huawei” şirkətinin rəsmi internet mağazasında başlanacaq smartfonun tövsiyə edilən pərakəndə satış qiyməti 620 dollar təşkil edir.

Nizam Nuriyev 





23/01/18    Çap et