Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İBM” şirkəti rüblük nəticələrini elan edib


“İnternational Business Machines” (İBM) şirkəti 2011-ci ilin üçüncü rübü üzrə gəlir artımı və mədaxil haqqında hesabat verib.

Hesabata əsasən “İBM” şirkətinin gəliri 3.84 milyard dollar təşkil edib. Qeyd edək ki, keçən il bu göstərici 3,59 milyard dollar olub. Şirkətin mədaxili 7,8% artaraq 26,16 milyard ABŞ dollarına çatıb.

"Göstəricini nəzərə alsaq, nəticələr gözləmələrlə qismən üst-üstə düşüb" – “İSİ Group”-un analitiki Brayan Marşal qeyd edib.




18/10/11    Çap et