Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha iki TV kanalı HD formatlı yayıma keçirildi


Bu gündən etibarən "AzTV" və "Mədəniyyət" TV proqramlarının HD (yüksəkdəqiqlikli) formatlı yayımına başlanıldı. Belə ki, Milli Televiziya və Radio Şurasının 30.01.2018-ci il tarixli, 02/3 nömrəli Qərarı ilə Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumrespublika TV proqramlarının (o cümlədən, TRT 1) yayımı üç paketdə, aşağıdakı kimi həyata keçirilir:

 37-ci TV kanalında yayımlanan TV proqramlarının adı və paketdəki sıra nömrəsi:

1. "AzTV" HD;
2. "Mədəniyyət" TV HD;
3. "İdman Azərbaycan" TV HD;
4. "İctimai" TV HD.


48-ci TV kanalında yayımlanan TV proqramlarının adı və paketdəki sıra nömrəsi:

1. "AzTV";
2. "Mədəniyyət" TV;
3. "İdman Azərbaycan" TV;
4. "İctimai" TV;
5. "Lider" TV;
6. "Space" TV;
7. ATV;
8. "Xəzər" TV;
9. ARB TV;
10. TRT 1.

31-ci TV kanalında yayımlanan TV proqramlarının adı və paketdəki sıra nömrəsi:

1. "CBC Sport" TV HD;
2. "Xəzər" TV HD;
3. ARB 24 TV.






05/02/18    Çap et