Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çili parlamentində hər bir deputatın “iPad” planşeti olacaq


Çili konqresinin 120 deputatından hər biri “iPad” planşeti alacaq. Bu qərar Çili deputatlarının işinin effektliliyini yüksəltmək üçün qəbul edilib. Planşetlər vasitəsi ilə xalq nümayəndələri qanunverici prosesdə uzaq məsafədən iştirak edə biləcəklər.

Bütün deputatlara istədikləri rəngdə (ağ və ya qara) planşet seçmək təklif edilib. Parlament üzvləri planşetləri iş başa çatdıqdan sonra konqresə verməli olacaqlar.




19/10/11    Çap et