Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində qrup zənglərinə daha 3 nəfər əlavə etmək mümkün olacaq


“Facebook” şirkətinə məxsus olan “WhatsApp” ani mesajlaşma xidmətinin yeni beta-versiyasında istifadəçilərə qrup zənglərinə öz kontakt siyahılarından 3 nəfər əlavə etməyə imkan veriləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, beləliklə, qrup zənglərində eyni anda sözügedən messencerin 5 istifadəçisi iştirak edə biləcək.

İstifadəçi qrup zənginə öz kontakt siyahısından daha 3 nəfəri əlavə etmək üçün ekranın sağ yuxarı küncündə yerləşən ikonkanın üzərinə sıxmalıdır.

Sözügedən funksiya tezliklə geniş istifadəçi kütləsinə əlçatan olacaq.

Emil Hüseynov





07/02/18    Çap et