Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” şirkəti “Messenger Kids” platformasını müdafiə edib


“Facebook Messaging Products”un vitse-prezidenti Devid Markus Los-Ancelesdə keçirilmiş “Upfront” sammitində çıxışı zamanı “Messenger Kids” məhsulunun ünvanına yönələn tənqidlərə cavab verib.

“ICTnews” Elektron Xəbər Xidməti “igate.com.ua” saytına istinadən yazır ki, onun sözlərinə görə, əsas ideya azyaşlı uşaqların qrup çatına qoşulmasına kömək etməkdən ibarətdir. "Bu proqram sayəsində ailə üzvləri bir-birləri ilə daha rahat ünsiyyət saxlaya biləcəklər. Mən əminəm ki, bu yaxşı məhsuldur" – Markus deyib.

Ötən ilin dekabrında istifadəyə verilmiş “Messenger Kids” servisi 6-12 yaş aralığında olan uşaqlar üçün nəzərdə tutulub. Bu mobil proqram gəncləri erkən yaşda sosial şəbəkələrə qoşulmağa həvəsləndirdiyinə görə tənqidə məruz qalıb. Proqramın bəzi rəqibləri iddia edirlər ki, bu, COPPA qaydalarına ziddir. Markus təkid edib ki, “Facebook”un uşaqlar üçün nəzərdə tutulmuş məhsulu “Snapchat” kimi sosial şəbəkələrdən deyil.

"Mənim qızım hər gün ondan istifadə edir. Nəticədə mən onunla daha çox ünsiyyət saxlaya bilirəm" – Markus bildirib.

Emil Hüseynov





08/02/18    Çap et