Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti mehmanxana və təyyarə biletlərinin bron edilməsi funksiyasını mobil axtarış sisteminə inteqrasiya edib


Səyahəti planlaşdırmaq çox vaxt alır və istifadəçi smartfonunun köməyi ilə səfərə hazırlaşdığı halda müxtəlif xidmət və ya mobil proqramlardan istifadə tələb edir. “Google” şirkəti mehmanxana və təyyarə biletlərinin bron edilməsi funksiyasını öz axtarış sisteminin mobil versiyasına inteqrasiya etməklə bu məsələni asanlaşdırmağa dair qərar verib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, axtarış sisteminin yeni imkanları sayəsində istifadəçilər mehmanxanalar haqqında informasiyaya, onların interyer şəkillərinə və başqa detallara birbaşa axtarış nəticələrində baxa biləcək, həmçinin mehmanxana nömrələrinin bron edilməsi filtrasiyası imkanı əlçatan olacaq.

Emil Hüseynov





08/02/18    Çap et