Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu qurğu diabet xəstəliyinə 85% dəqiqliklə diaqnoz qoyur


“Ağıllı” saat diabet xəstəliyi ilə effektiv mübarizə üçün ona erkən mərhələdə diaqnoz qoymağa imkan verəcək.

“Apple Watch” “ağıllı” saatları neyron şəbəkəsinin köməyi ilə diabet xəstəliyinə düzgün diaqnoz qoymağı öyrənib.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, Kaliforniya Universitetinin alimləri tərəfindən keçirilmiş yeni araşdırmaya görə, “ağıllı” saat pasiyentlərdə diabet xəstəliyini 85% dəqiqliklə müəyyənləşdirib. Mütəxəssislər 14 min “Apple Watch” sahibinin nəticələrini araşdıraraq bildiriblər ki, qurğu 462 insanda sözügedən xəstəliyi aşkar edib. Alimlər məlumatları yenidən yoxlayıblar və məlum olub ki, “ağıllı” saat kifayət qədər dəqiq diaqnoz qoyub.

Məlumata görə, “ağıllı” qurğu nəbzin ölçülməsi nəticələrini təhlil edən kardiodatçik və neyron şəbəkəsinin köməyi ilə diabet xəstəliyini müəyyənləşdirə bilir. Həkimlər hesab edirlər ki, xəstəliyə erkən diaqnoz qoyulması onunla mübarizə aparmağa imkan verir. Statistikaya görə, ABŞ-ın 100 milyondan çox sakini diabet və ya onun müxtəlif formalarından əziyyət çəkir.

Emil Hüseynov





08/02/18    Çap et