Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən güclü prosessor buraxılıb


“Intel” şirkəti 14 modelin daxil olduğu “Xeon D-2100” prosessorlarının yeni istehsal xəttini təqdim edib. Seriya çipləri məlumatları rəqib modellərlə müqayisədə 8 faiz tez emal edir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, 14 nanometrlik texnoloji proses üzrə buraxılan prosessorlar “Intel Turbo Boost 2.0 Technology”, “Intel Hyper-Threading Technology” və “Intel Speed Shift Technology” texnologiyalarını dəstəkləyir. İstehsal xəttində böyük model tezlikləri 1600 MHs-dən 2200 MHs-dək artan 18 nüvəyə malikdir.

Məlumata görə, çiplər ümumi operativ yaddaş tutumu 512 giqabayta bərabər “DDR4” kontrollerlərini, “PCI Express 3.0”, “SATA 3.0” və “USB 3.0” interfeyslərini dəstəkləyir.  

İstehsal xəttində ən ucuz prosessorun qiyməti 502 dollar, ən bahalısının (Xeon D-2191) isə 2407 dollar təşkil edir.

Nizam Nuriyev 





09/02/18    Çap et