Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkətinin yeni smartfonunun xüsusiyyətləri məlum olub


Koreyalılar təkmilləşdirilmiş süni intellekt və yenilənmiş kameralarla təchiz edilmiş smartfon təqdim edəcəklər.

“LG” şirkəti Barselonada keçiriləcək “MWC” sərgisində qabaqcıl “V30” qurğusunun mükəmməl versiyasını təqdim edəcək. İnternetdə yeni smartfonda edilmiş təkmilləşdirmələrin siyahısı yerləşdirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, istehsalçılar sözügedən qurğunun süni intellekt sistemini təkmilləşdirəcəklər. “Slash Gear” nəşrinin məlumatına görə, “Google Assistant” səs köməkçisi eksklüziv olaraq  “LG” smartfonu üçün 32 yeni komanda əlavə edəcək.

Məlumdur ki, smartfon foto və video çəkilişlər üçün 9 komanda əldə edəcək. Nəşrin məlumatına görə, panorama çəkilişi, yeməyin fotoçəkilişləri, aşağı işıqlanma şəraitində çəkilişlər, şəkillərin axtarışı, kodun skan edilməsi və alış-verişin axtarışı kimi komandalar əlçatan olacaq.

Smartfon “2018 LG V30” adlandırılacaq.

Emil Hüseynov





14/02/18    Çap et