Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Windows”un köhnə versiyalarının təhlükəsizliyini möhkəmləndirəcək


"Microsoft" şirkəti "Windows 7 SP1" və "Windows 8.1" əməliyyat sistemləri üçün təhdidlərə qarşı genişləndirilmiş müdafiə proqramını elan edib. Bu əməliyyat sistemi ilə işləyən kompüterlərin sahibləri "Windows 7" platformasına dəstək müddəti bitənədək (2020-ci il yanvar) "Windows Defender" xidmətindən yararlana biləcəklər.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "biz "Windows 10" sistemində "Windows Defender Advanced Threat Protection" xidmətini hazırlamaqla "Windows"un ən təhlükəsiz versiyasını yaratdıq. Bu o deməkdir ki, ilk dəfə məhz əməliyyat sistemi çərçivəsində təhdid və eksploytlərə qarşı "bulud" xidmətləri əsasında işləyən müdafiə sistemi təşkil etməyə nail olduq. Müştərilərimizdən eşidirik ki, onlar məhz təhlükəsizlik məsələsinə görə "Windows 10" sisteminə keçməkdə maraqlıdırlar. Həmçinin bəzilərinin "Windows 7" platforması ilə işləyən qurğulardan istifadə etməsindən xəbərdarıq. Biz müştərilərimizə maksimal təhlükəsizliyə nail olmaqda kömək etmək istəyirik" – "Microsoft"un bloqunda deyilir.

Göründüyü kimi, təklif ilk növbədə bəzi səbəblərdən öz kompüterlərini "Windows"un son versiyasına kimi yeniləməyə imkan tapmamış və eyni zamanda "Windows 7" və "10" sistemlərindən istifadə edən firmalar üçün aktualdır.

Emil Hüseynov





14/02/18    Çap et