Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur aktrisa “Amazon” internet mağazasından 1 milyon dollar tələb edib


Amerikalı aktrisa Sietl məhkəməsində “Amazon” internet mağazasından ən böyük kinosaytlardan biri olan “İnternet Movie Database”-də (IMDb.com) onun yaşının nəşr edilməsinə görə 1 milyon dollar tələb edib, - “Associated Press” xəbər verib. İddianı məhz kimin irəli sürdüyü bildirilmir, lakin iddiaçının ABŞ-ın Texas ştatında yaşadığı məlumdur.

İddiaçının narazılığına onun bu məlumatı yığışdırmaq xahişindən sonra şirkətin bu addımı atmaqdan imtina etməsi səbəb olub. Tezliklə 40 yaşı olacaq qadının vəkilləri iddia ediblər ki, aktrisaya şəxsi məlumatlarının nəşrindən sonra iş tapmaq daha çətin olacaq.




19/10/11    Çap et