Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “911” xidmətinə abunəçilərin yerini müəyyənləşdirməyə kömək edəcək


"Google" şirkəti "911" xilasetmə xidmətinə zəng edən insanların olduqları yeri müəyyənləşdirən yeni sistemi sınaqdan keçirir. Təşəbbüs hər dəqiqənin qiymətli olduğu fövqəladə hallarda çoxlu insan həyatı xilas edə bilər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Gagadget" resursuna istinadən yazır ki, "Google" texnologiyası zəngin ilk 30 saniyəsi ərzində zəng edən şəxsin olduğu yeri mobil operatorlar tərəfindən istifadə olunan sistemlərlə müqayisədə 80 faiz dəqiqliklə müəyyənləşdirib. Müqayisə üçün qeyd edək ki, mobil operator məlumatları insanın harada olmasını 160 metr dəqiqliklə təyin etməyə imkan verdiyi halda "Google" sistemi abunəçinin yerini 36 metr dəqiqliklə müəyyənləşdirib. Məlum səbəblərə görə yeni texnologiya stasionar telefonlarla işləmir, testlər isə yalnız "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üzərində aparılıb. Lakin gələcəkdə digər mobil əməliyyat sistemlərinin də adaptasiya ediləcəyi gözlənilir.
 
ABŞ Federal Rabitə Komissiyasının qiymətləndirməsinə görə, təcili zəngə reaksiya vaxtının azı 1 dəqiqə azaldılması hər il 10 mindən çox insan həyatını xilas etməyə imkan verəcək. Bundan başqa, abunəçinin ingiliscə danışmaması və ya başa düşülən şəkildə danışmaması sistemin fəaliyyətinə maneçilik törətməyəcək. Texnologiyanın bu il ABŞ ərazisində tətbiqi planlaşdırılır.
 
Nizam Nuriyev 





19/02/18    Çap et