Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dubay aeroportunda robot polislər xidmət edəcək


Yaxın vaxtlarda Dubay hava limanında şübhəli insanlara nəzarət edən və onların davranışı barədə məlumat vermək qabiliyyətinə malik robot əlçatan olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, artıq Dubay gömrüyü tərəfindən sınaqdan keçirilmiş ilk belə robot gələnlər sektorunda işləməyə başlayacaq.
 
"Bu android hava limanında pilot mərhələdən keçib" – Dubay gömrüyündə İnnovasiyalar mərkəzinin mütəxəssisi Xalid əl-Zəruni məlumat verib.
 
Onun sözlərinə görə, sözügedən robot insan sifətini tanıya biləcək, həmçinin rentgen skanetmə və istilik görmə qabiliyyətinə malik olacaq. İstənilən şübhəli davranış haqda informasiyanı toplayan robot onu xüsusi mərkəzə ötürəcək.
 
Emil Hüseynov






03/03/18    Çap et