Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”un mobil poçtu eşitməyi və danışmağı öyrənəcək


“Microsoft” tərəfindən hazırlanmış “Cortana” səsli köməkçisi “Outlook” mobil poçt xidmətinə inteqrasiya ediləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Outlook” poçt xidmətinin istifadəçiləri mətni dinləyə və diktə edə biləcəklər ki, bu da avtomobillə səyahət zamanı xüsusilə faydalı olacaq. “Cortana” səsli köməkçisi həm poçt qutusunun bütün tərkibini, həm də ayrı-ayrı kontaktlardan olan məktubları oxuya biləcək.

Məlumata görə, “Microsoft”un əməkdaşları artıq səsli köməkçinin mobil poçtla inteqrasiyasını sınaqdan keçirməyə başlayıblar. Sınaqlar uğurlu olduğu halda yeni funksiya əvvəlcə beta-versiya kimi təqdim ediləcək. Daha sonra isə “Outlook” poçt xidmətinin “iOS” və “Android” üçün versiyalarına əlavə ediləcək.
Qeyd edək ki, “Cortana” səsli köməkçisi 2015-ci ildə çıxarılıb.

Emil Hüseynov






06/03/18    Çap et