Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sisteminin yeni versiyası vaxtından əvvəl təqdim edilib


“Google” şirkəti “Android P” əməliyyat sisteminin test quraşdırmasını təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Android” sisteminin yeni versiyasının 14 martda təqdim ediləcəyi planlaşdırılırdı. Sistemin yeni versiyası, hələ ki, yalnız “Pixel” smartfonları üçün əlçatandır. “Ars Technica” nəşri yazır ki, növbəti “Android” versiyası “Nexus 5x” və “Nexus 6P” smartfonları, həmçinin “Pixel C” planşetini dəstəkləməyəcək.
 
“The Verge” nəşri “Android”in növbəti versiyasının bəzi yeniliklərini açıqlayıb. Məsələn, sistemdə interfeysin görünüşünü sazlamaq funksiyası əlçatandır.
 
Yeni “Android” sistemi, hələ ki, adsızdır. “Android”in son versiyası “Oreo”, ondan əvvəlki versiyası isə “Nougat” adlanır.
 
Emil Hüseynov






09/03/18    Çap et