Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” bu ilin yeni “QLED” televizorlarını nümayiş etdirib


“Samsung Electronics” şirkəti Nyu-Yorkda növbəti nəsil qabaqcıl “QLED” televizorlarını təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, istehsalçının məlumatına görə, yeni “QLED” televizor modelləri unikal dizayn və “ağıllı” displey funksiyası ilə təchiz edilib, sazlama intuitiv şəkildə başa düşülür, kontentdən istifadə daha da rahat olub.
 
Məlumata görə, sazlama əməliyyatlarını smartfonda “Samsung SmartThings” əlavəsi ilə yerinə yetirmək mümkündür. “Ambient Mode” rejimi qoşulu halda olmayan televizoru müxtəlif faydalı informasiyanı, o cümlədən xəbərləri, havanı, yollardakı vəziyyəti göstərən, musiqi səsləndirən “ağıllı” ekrana çevirir.
 
“Görünməz” qoşulma sistemi özündə 5 metr və ya 15 metr uzunluğunda bir naqildə elektrik naqillərini və məlumatların ötürülməsini birləşdirir. “Direct Full Array” işıqlandırma texnologiyası 2 min kd/m2 işıq parlaqlığını təmin edir.
 
Bildirilir, 2018-ci il istehsal xəttinə “Q6”, “Q7”, “Q8” və “Q9” seriyalı “ağıllı” televizorlar daxil olacaq. “Q6F” seriyasında 49, 55, 65, 75 və 82 düym diaqonallı düzekranlı televizorlar yer alıb. Onlar “HDR 10+” texnologiyasını, “Bixby” səsli idarəetmə funksiyasını dəstəkləyirlər. “Q8F” seriyası 55, 65, 75 düym, “Q7F” modelləri 55, 65, 75 düym diaqonallı düz ekranlara malikdir. Bundan başqa, 65, 75 düym diaqonallı “Q9F” modellərini əlavə olaraq divara aralıqsız bərkitmək mümkündür. 2018-ci il istehsal xəttinə, həmçinin bükük ekranlı modellər daxildir.
 
65 düym diaqonallı “Q6F” modelinin qiyməti 2200 dollar, qabaqcıl “Q9F” televizorunun 3800 dollar təşkil edəcək. Yeni televizorların satışa nə vaxt çıxarılacağı barədə məlumat verilmir.  
 
Nizam Nuriyev






09/03/18    Çap et